1000102918

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

Xeber4.az “APA”ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü A.Ş. (ad və soyad şərtidir) yaşadığı evdə özünü asıb. O, ağır vəziyyətdə qohumları tərəfindən aşkarlanaraq xəstəxanaya çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır.