
Oktyabrın 7-də günorta saatlarında Azərbaycan paytaxtı Bakı şəhəri, Nizami rayonundakı 8-ci Köndələn küçəsində qazanxanada partlayış baş verib.
Hadisə nəticəsində xəsarət alan 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib.
Xeber4.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəsarət alanlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.