
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Xeber4.az Qafqazinfo”ya istinadən xəbər verir ki,verilən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, məlumata görə hadisə bu gün dərsdənkənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə baş verib.
322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.