Azərbaycanın qeyri-neft-qaz sektoruna son 5 ildə birbaşa xarici investisiya qoyuluşunun məbləği açıqlanıb.2019-2023-cü illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 6,2 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.
Xəbər4.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bunun 2 milyard ABŞ dollarından çoxu 2023-cü ilin payına düşüb ki, bu da indiyə qədər qeydə alınan ən yüksək illik göstəricidir və 2022-ci illə müqayisədə 9 % çoxdur.
Ötən il birbaşa xarici investisiyalarda liderlik Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Niderland və İsveçrəyə məxsus olub.