
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Masahiro İmai ilə görüşüb.
Xeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb.
Görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlıq perspektivləri, birgə fəaliyyət imkanları və növbəti Hökumətlərarası Komissiyanın iclasa hazırlıq məsələləri müzakirə edilib.