2024-cü ilin ilk 3 rübündə dünyada ən çox qızıl alan ölkələrin stastistikası açıqlanıb.
Xeber4.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ümumdünya Qızıl Şurası (World Gold Council) ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fonduna (BVF) təqdim edib.
Məlumatda Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında 5-ci sırada yer alıb.
Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər 9,7 ton qızıl alıb.