Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə “Ginnesin rekordlar kitabı”na düşüb
Xeber4.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinim rəhbəri Əfsanə Mehdiyeva söyləyib.
O həmçinin bildirib ki, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:
“Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir. Bayrağımızın “Ginnesin rekordlar kitabı”na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır”,-deyə Əfsanə Mehdiyeva bildirib.
Qeyd edək ki, 8 noyabr – Şanlı Zəfər Günündə Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanında Azərbaycanın üçrəngli bayrağını ucaldıb.