InShot_20241115_182932713

Azərbaycan Avropa İttifaqı ilə COP29 çərçivəsində iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Xeber4.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sözügedən müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşündə aparılıb.

Görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığının inkişafı, regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb.

O cümlədən, Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib.

Görüşdə, həmçinin dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri də müzakirə edilib.