InShot_20241020_105815548

Kamikoçi Yaponiyanın avtomobilsiz, payız fəslində al rəng alan, turistlərin ən çox sevdiyi şəhərdir. 

Xeber4.az-ın araşdırmasına görə, Yaponiyanın Alp dağlarında 1500 metr yüksəklikdə yerləşən, mövsümi kurort şəhəri Kamikoçi sərin dağ havası, çay kənarı yolları və çoxlu Yapon qar meymunları ilə avtomobilsiz qaçış yeridir. Buranın digər şəhərlərdən əsas fərqi evlərin, mağazaların olmamaısıdır.

Payız rənglərini özünə ecazkar şəkildə göstərən və turistlərin sevimlisi Kamikoçi şəhərinə maraq 1927-ci ildə Yaponiyanın ən məşhur Ryunosuke Akutagavanın burada yazdığı “Kappa” adlı romanından sonra daha da artdı. Yazıçı Aqutagava intihar etməzdən qısa müddət əvvəl bu əsəri yazıb. Roman xəstə və dəli olan birinci şəxsin dilindən danışılır və həmin şəxsin Tısbağa kimi görünən Kappa adlı heyvanla görüşməsi də əəsərdə əks olunur. Əsərin Kappa adlanması bu canlının adi ilə bağlıdır.

Payız fəslində al rəngə bürünən Kamikoçiyə 1975-ci ildən etibarən ziyarətçilərin çox gəlməsi ilə əlaqədar avtomobil və motosikletlərin girişinə qadağa qoyulur. Həmin ildən etibarən burada ağacların kəsilməsi də qadağalanır. Əgər bir gün Kamikochiyə yolunuz düşsə, 27 apreldən 15 noyabra qədər açıq olduğunu bilin. Çünki qış fəsli çox soyuq olur.

Burada əsasən gəzinti və quşçuluq attraksionları daha maraqlıdır. Türistlərə öz sehirli qucağını açan Kamikoçidə ev olmadığı üçün otellərdə qalırlar. Kamikoçi bülbülləri, vulkan püskürməsi nəticəsində yaranan “Taisho” gölü, Azuea çayı, qayıq festivalı, Kappa körpüsü ilə məşhurdur.

Avtomobillərin deyil, quşların və evazkar dağ havası ilə çay sullarının səsi gələn bu şəhər insanı cənnətdə hiss etdirir. Buna görə də Kamikoçi şəhəri bu il 35 milyondan çox əcnəbi ziyarətçi qəbul edib.

Mənbə: BBC