InShot_20250208_225712294

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Xeber4.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə fevralın 6-da Sabunçu rayonunda baş verib.

Qeyd olunur ki, iki gün əvvəl avtomobil 50 yaşlı İsfəndiyar Telman oğlu Həsənovu vurub. O, xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir