“Araz Naxçıvan” klubunun yeni transferi Qara Qarayev xarici kulublardan gələn təkliflərlə bağlı sualı cavablandırıb:
“Düşdüyüm situasiya pis idi. Fərqli vəziyyət olsaydı, daha yaxşı təkliflər alardım”.
Xeber4.az xəbər verir ki, futbolçu Qara Qarayev bu sözləri futbolxeber.az-a müsahibəsində deyib.
“Uzun müddət “Neftçi”də oynamamaq, əvəzedici heyətə göndərilmək, sonra da klubdan ayrılmaq… Bundan sonra hansısa klubdan təklif almaq çətin idi. Bu, yaradılan situasiya ilə bağlı çətinlik idi. Vaxtında desəydilər, fərqli olardı. Halbuki Avropadan da təklifim var idi. Amma mən bundan imtina etdim. Sonra isə klub məni yarıyolda qoydu və belə vəziyyət yarandı”, – futbolçu əlavə edib.