
Tramp İsrailə 7 milyard dollar dəyərində silah yardımını açıqlayıb.
Xeber4.az “Associated Press”ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən iki gün sonra, İsrailə 7 milyard dollardan çox silah satmağı planlaşdırdığını açıqlayıb.
Tərəflər, çərşənbə axşamı Ağ Evdə baş tutan görüşdə İsrail-Həmas münaqişəsində atəşkəs və girov razılaşmalarını müzakirə ediblər. O cümlədən, görüşdə İranla bağlı narahatlıqlar barədə də danışılıb.
Qeyd edək ki, Trampın açıqlaması İsrail və Həmas arasında atəşkəsin qüvvədə olduğu bir dövrdə verilib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 26-da keçmiş Prezident Co Baydenin İsrailə 2000 funt-sterlinqlik bomba göndərilməsi ilə bağlı qoyduğu məhdudiyyəti aradan qaldırmışdı.