
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyənin Aerokosmik Sənayesi Şirkətinə qarşı törədilən terror aktını pisləyib.
Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq hücumla bağlı yazılı açıqlama verib.
Farian Haq mövzu ilə bağlı detallı məlumat almağa davam etdiklərini bildirib.
“Baş katib mülki şəxslərə qarşı edilən bu hücumu pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.
Qeyd edək ki, Antonio Quterreş hazırda BRİCS sammiti ilə bağlı Rusiyanın Kazan vilayətində səfərdədir.