ba9f7860-7d9f-11ef-ab70-cdb03fec26f8.jpg

Amerikanın Florida ştatında baş verən güclü Helene qasırğası tropik fırtınaya çevrilib.

Xeber4.azBBC“yə istinadən xəbər verir ki, Floridanın Big Bend bölgəsində başlanan fırtına Corciya və Karolina ştatına doğru irəliləyib. Daşqına səbəb olan qasırğa nəticəsində 45 nəfər həlak olub, milyonlarla insan isə işıqsız qalıb.

Qasırğa və fırtına xeyli sayda evləri dağıdaraq yararsız vəziyyətə salıb. Suyun altında qalan bir çox evlərdən insanların həyatını xilasetmək üçün vertalyot və qayıqlardan istifadə edilib. Sahildən gələn qayıqlar isə yollara tökülüb.

Fırtınadan əvvəl bir milyondan çox insanın elektrik enerjisi kəsilərək, daşqınlar başlayıb. Qasırğadan əvvəl isə sakinlərin bir çoxu sığınacaqlara köçürülüb.

Əhalinin bəziləri güclü fırtınadan evlərini qorumaq üçün pəncərələrini taxta ilə bərkitməyə çalışıblar.

Fırtına və yağışın səbəb olduğu daşqın minlərlə polis məmurunu, yanğınsöndürənləri, Milli Qvardiya üzvlərini və xilasetmə qüvvələrini hərəkətə gətirib.

Qeyd edək ki, 2005-ci ildə ABŞ də ən böyük təbii fəlakət 1800-dən çox insanın ölümünə səbəb olan Katrina qasırğası olub.