1730449665_merkezi_bank_2_110

Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlanıb.

Xeber4.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

“Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanın həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandatın uğurlu həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var”, – deyə T.Kazımov əlavə edib.