
Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb.
Xeber4.az “yahoo.com”a istinadən xəbər verir ki, bombanın zərərsizləşdirilməsi üçün üç xəstəxana boşaldılacaq. Xəstələrin çoxusu isə başqa xəstəxanaya köçürüləcək. Təxmini olaraq 6,400 sakin buna görə evlərini tərk edəcəklər.
Mütəxəssislər bunu 300 şəhər asayiş keşikçisi, polis, yanğınsöndürən, fövqəladə hallar xidmətinin əməkdaşları, yerli media kampaniyası və 800 könüllünün iştirak etdiyinə görə 1945-ci ildən sonra ən böyük təxliyə əməliyyatı adlandırıb.
Xatırladaq ki, Kölndə bomba zərərsizləşdirilməsi adi bir hadisədir, çünki şəhər İkinci Dünya müharibəsi zamanı ən çox bombalanan ərazi olub.
Qeyd edək ki, 1000 kiloqramlıq bomba yeni sağlamlıq şəhərciyinin tikilməsi planlaşdırılan yerdə tapılıb.