Azərbaycanın COP29-da inklüziv sədrliyinə böyük ümidlər bəsləyirik. Bu iqlim konfransı çərçivəsində ölkə, prosesə töhfə vermək potensialına və marağına sahib olan fəallar, QHT-ləri, alimlər və iş dünyası nümayəndələri ilə əməkdaşlıq edəcək.
Xeber4.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan bu gün Lüksemburqda jurnalistlərə açıqlamasında deyib.
C.Morqan vurğulayıb ki, ötən həftə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) məhsuldar olub və bir çox ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını nümayiş etdirib: “Bizim hələ çox uzun yolumuz var və Avropa İttifaqı COP-un uğurla keçirilməsində fəal rol oynayacaq”.
Almaniya XİN-in dövlət katibinin sözlərinə görə, Lüksemburqda Avropa İttifaqı ölkələrinin iqlim nazirlərinin bugünkü görüşünün əsas məqsədi Bakıda keçiriləcək COP29-a hazırlığın müzakirəsidir.