IMG-20241202-WA0008

Almaniya dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.

Xeber4 az “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki,  Almaniya ilin sonuna qədər Ukraynaya 2 qabaqcıl IRIS-T hava hücumundan müdafiə sistemi, 10 Leopard 1 tankı, 60 M84 və M80 tankı və piyada döyüş maşınları daxil olmaqla, 650 milyon avro dəyərində yeni hərbi yardım paketinin açıqlayıb.

“Bura, Kiyevə yenidən səfərimlə Ukrayna ilə həmrəy olduğumu bildirmək istərdim. Mən burada açıq şəkildə bildirmək istərdim ki, Almaniya Ukraynanın Avropada ən güclü dəstəkçisi olaraq qalacaq”, – Şolz bildirib.

Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir