
Yerin daxili nüvəsi son 20 ildə formasını dəyişib.
Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə professor Con Vidale məlumat verib.
Belə ki, Yerin daxili nüvəsi maye xarici nüvədən müstəqil şəkildə fırlanır. Bu hərəkət olmasa, Yer maqnit sahəsini itirmiş Marsa oxşayar.
Sözügedən daxili nüvə Yer səthindən 4000 mil uzaqda yerləşir və elm adamları ona çata bilməyiblər. Beləliklə bəzi tədqiqatçılar daxili nüvənin sirrini açmaq üçün zəlzələlərin planetdə dalğalandığı zamanı yaratdığö dalğaları ölçürlər. Bu, daxili nüvənin necə dəyişdiyini göstərir.
Daxili nüvənin ərimə nöqtəsinə yaxın olduğu daxili və xarici nüvənin sərhədində baş verir. Xarici nüvənin maye axını, eləcə də qeyri-bərabər cazibə sahəsindən çəkilmə deformasiyaya səbəb ola bilər.
Zamanla maye xarici nüvə bərk daxili nüvəyə donur, lakin onun tamamilə bərk olması üçün milyardlarla il keçəcək.
Bu, o deməkdir ki, Yerdəki həyatın sonu ola bilər. Çünki, o vaxta qədər planetin Günəş tərəfindən udulması ehtimalı var.
Qeyd edək ki, professor Vidale elmi biliklərin sərhədlərini daim dəyişdiyini, daxili nüvəylə bağlı qeyri-müəyyənliklərin də olduğunu bildirib.