InShot_20240908_122114854

Ağstafada bədbəxt hadisə baş verib.

Xeber4.azLent.az“a istinadən xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkanı hasara söykəyib üzüm yığırmış. Bu zaman hasarın uçması nəticəsində Füzuli İsmayılov və onun həyat yoldaşı Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.