Ağdamda rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xeber4.az “Lent.az“a istinadən xəbər verir ki, hadisə rayonun Baharlı kəndində qeydə alınıb.
Kənd sakini 18 yaşlı Nüsrət Vəliyev münaqişə zəminində həmyaşıdı olan həmkəndlisi Çingiz İsmayılovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və hadisəni törədən şəxs tutulub.
Faktla bağlı araşdırma aparılır.