
Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhədlərində yerləşən Nemrut Krateri Gölü ətrafında ac ayılar maşınlara hücum etməyə başlayıblar.
Xeber4.az bu barədə IHA-ya istinadən xəbər verir.
Məlumata əsasən, yaşayış yerlərindən uzaqlaşaraq insanlara yaxınlaşan ayılar bölgəyə gələn bəzi vətəndaşlar tərəfindən hazır bəslənməyə öyrəşiblər. Son zamanlar Nemrut Kalderası ətrafında tez-tez görünən bu ayılar sürü halında dolaşırlar və yemək tapmaq üçün yol kənarlarına gəlirlər.
Yaxınlıqdakı avtomobillərin qarşısında dayanıb yemək tələb edən ayılar ziyarətçilərin marağına səbəb olsa da, bu vəziyyət təbii həyat şərtlərinin nizamına və heyvanların qidalanma vərdişlərinə pis təsir göstərə bilər.
Qeyd olunur ki, bəzi hallarda ayılar, hətta nəqliyyat vasitələrinə hücum edərək maşının içərisindən qidaları əldə etməyə çalışırlar. Bu da həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.