
Amerikada Donald Tramp və Kamala Harris arasında prezidentlik uğrunda qızğın mübarizə gedir.
Xeber4.az “BBC”yə əsasən bildirir ki, Donald Tramp və ya Kamala Harrisin seçilməsi ilə bağlı anket sorğusu keçirilib.
Həyata keçirilən sorğu nəticəsində 54-% Harrisin, 31-% isə Trampın qalib gəldiyini düşünür.
Xatırladaq ki, Amerikanın vitse-prezidenti, həmçinin 2024-cü ilin prezidentliyə namizədi Kamala Harris 22 avqustda Çikaqoda partiyanın dörd günlük qurultayında bütün amerikalılar üçün “İrəliliyə yeni bir yol” vəd edən çıxışı ilə 47-% səs toplayıb. Tramp isə 44-% ilə olduğu kimi qalıb.
Sentyabrın 10-da keçirilən debatda Donald Tramp və Kamala Harris ilk dəfə üz-üzə gəliblər. 90 dəqiqə çəkən qızğın debatda Harris Trampı şəxsi hücumlarla sarsıtmağı bacarıb.
Qeyd edək ki, ABŞ-də noyabr 5-i tarixindən prezident seçkiləri başlayacaq.