Neftçalada 32 yaşlı qadının Kürdə batdığı ehtimal olunur.
Xeber4.az APA-ya istinadən xəbər verir ki hadisə Neftçalanın Bankə qəsəbəsində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının özünü çaya atdığı bildirilir.
İlkin məlumata görə, qadının paltarları çayın sahilində tapılıb. Onun ötən gün gecə evdən çıxdığı və geri qayıtmadığı bildirilir.
Qadının axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.