images

Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Xəyal Əbülfət oğlu Nağıyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Xəbər4.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.